Cəlilabad rayonunun Göytəpə şəhərində - Göytəpəçayın kənarında torpaq sürüşməsi fəallaşması bir neçə ev və obyekt üçün təhlükəli vəziyyət yaradıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində Report.az-a istinadən verir.
Sakinlərin sözlərinə görə, bir neçə gün ərzində yağan intensiv yağışlar nəticəsində sürüşmənin fəallığı daha da artıb. Artıq fərdi yaşayış evlərinin divarlarında iri çatlar meydana gəlib.
Sakinlər problemdən çıxış yolu kimi çay kənarında sahilbərkitmə işlərinin aparılmasını görürlər.
Qeyd edək ki, sürüşmə zonasına Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxış keçirilib.