Cəlilabadda “Təmiz ölkəm” layihəsi çərçivəsində təmizlik aksiyası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 avqust tarixində verir.
Aksiya 5 avqust saat 10:00-dan etibarən Cəlilabad meşəbəyliyində başlayacaq. Bütün rayon sakinləri aksiyaya qoşulmağa və təbiətimizi qorumağa dəvət olunurlar.
Qeyd edək ki, təmizlik aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.