Cəlilabad rayonunda yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 avqust tarixində verir.
Hadisə rayonun Çünzəli kəndində baş verib. Ümumi sahəsi 70 kv.m olan talvarın yanar konstruksiyaları 35 kv.m sahədə və altına yığılan 5 ton ot bağlamasının 2 tonu məhv olub.
Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.