Cəlilabad rayonunun Moranlı kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 avqust tarixində verir.
Belə ki, ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 12 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.