Cəlilabad rayonunda 8 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində Den.az-a istinadən verir.
Rayonun Vənlik kənd ümumi orta məktəbi, Söyüdlü kənd ibtidai məktəbi, Sarxanlı kənd ümumi orta məktəbi, Moranlı kənd ümumi orta məktəbi, Əsədli kənd tam orta məktəbi və Həsənli kənd ümumi orta məktəbi üçün modul tipli məktəblər tikilir. Eləcə də Sabirabad kənd 2 nömrəli tam orta məktəbi əsaslı təmir edilir və Sərhədabad kənd tam orta məktəbi üçün birtipli layihə əsasında yeni bina tikilir.
Məktəblərin növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.