top
Cəlilabadda saxlanılan vəzifəli şəxslər barəsində cinayət işi açılıb
02 avqust 2023, 01:32
- ↺ +

Cəlilabadda saxlanılan vəzifəli şəxslər barəsində cinayət işi açılıb

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində verir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində müəyyən olub ki, Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaiti alması barədə şübhələr müəyyən edilib. Həmin şəxslər cinayət başında yaxalanıblar.

Bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Sahil Qənbərli və Mehdi Kərimov barəsində məhkəmənin qərarı ilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyev barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarı ilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Dünən, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
01 oktyabr 2026, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
01 oktyabr 2026, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
01 oktyabr 2026, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
01 oktyabr 2026, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
01 oktyabr 2026, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
01 oktyabr 2026, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
01 oktyabr 2026, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Oxşar xəbərlər