Cəlilabadda "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə nümunəvi çıxışlar göstərilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 aprel tarixində verir.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə UGİM-in sərbəst-güləş bölməsinin idmançıları nümunəvi çıxışlar göstəriblər.
Tədbirdə 90 nəfər idmançı iştirak edib.