Cəlilabad rayonunda Salyan rayon sakinləri narkotik vasitə ilə tutulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 avqust tarixində DİN-ə istinadən verir.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri – əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev "AzSamand" markalı avtomobildə tutulublar.
Axtarış zamanı onlardan 300 qram marixuana və metadon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.