Cəlilabad rayon Mərkəzi Kitabxanasında Tarıverdi Məmmədovun kitablarının təqdimatı təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 mart tarixində verir.
Görüşdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev, Əməkdar mədəniyyət işçisi Cahangir Muradov, ADPU Cəlilabad filialının müəllimi, fəlsəfə doktoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü Bilal Alarlı, AYB-nin üzvü, şair-publisist Qurban Əhməd, kitabxananın əməkdaşları və tibb kursunun tələbələri iştirak ediblər.
Sonda tədbir iştirakçılarına şairin kitabları hədiyyə olunub.