Cəlilabad rayon Günəşli kənd Mədəniyyət Evinin əməkdaşları şəhid Ağayev Elçin Zakir oğlunun ailəsini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 aprel tarixində verir.
Mədəniyyət nümayəndələri əvvəlcə şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
Sonra Ramazan bayramı münasibətilə şəhidin ailəsi ziyarət edilib.
Ziyarət zamanı mədəniyyət nümayəndələri şəhidin həyat və döyüş yolundan söhbət açaraq ailənin qayğıları ilə maraqlanıblar.