Cəlilabadda kartof və çiyələk əkini ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.
Toplantı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə həyata keçirilib. Burada aqrar sahə üzrə aktual məsələlərə dair fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri və çətinlikləri öyrənilib, müvafiq qurumların nümayəndələri tərəfindən sualları cavablandırılıb.
Elavə olaraq, sahibkarlar biznes fəaliyyəti ilə bağlı dövlət dəstəyi mexanizmləri, dövlətin güzəştli kreditləri, idxal-ixrac prosedurları, sığorta ödəmələri, hazır məhsulun satışına dəstək alətləri barədə məlumatlandırılıblar.