Cəlilabad Dövlət Rəsm Qalereyasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “İdman həftəsi” çərçivəsində “Sağlam gələcək naminə” adlı rəsm sərgisi təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində verir.
Tədbirdə Cəlilabad rayon gənclər və idman sektorunun, Regional Mədəniyyət İdarəsinin Cəlilabad Dövlət Rəsm Qalereyasının, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Cəlilabad rayon ümumtəhsil məktəbinin bir qrup şagirdləri iştirak ediblər.
Sərgidə 35-dən çox istedadlı yeniyetmə və gənclərin rəsm əsərləri nümayiş edilib.
Qonaqlar tərəfindən dəyərləndirilən rəsm əsərlərinin yaradıcı gəncləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatla təlitif olunub.