Cəlilabadda məktəblilər və tələbələrlə maarifləndirici tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində verir.
Görüşə 400-dən çox məktəbli, 200-dən çox tələbə qatılıblar. Onlara regionlarda pedaqoji ixtisaslara olan tələblərdən danışılıb, şagirdlərin peşə seçimi istiqamətində müzakirələr aparılıb.
Tədbirin məqsədi peşə təhsilinə marağın artırılması, tam orta təhsil pilləsində tədrisin keyfiyyətinin yüksəldilməsidir.