Cəlilabadda Beynəlxalq Ailə Günü münasibətilə “Ailəm və Mən" mövzusunda rəsm saatı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində verir.
Tədbir 1 saylı şəhər məktəb-liseyində baş tutub. Burada Uşaq şöbəsinin baş kitabxanaçısı Gülzar Qubadova iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparıb. Daha sonra şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbir Cəlilabad rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə baş tutub.