Cəlilabadda iki qardaş arasında bıçaqlanma hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 avqust tarixində Apa.az-a istinadən verir.
Hadisə nəticəsində rayon sakinləri - 34 yaşlı Nemət Ağayev və 30 yaşlı Qurban Ağayev bıçaq xəsarətləri alıblar.
Hər iki yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.