Cəlilabad rayonunda qədim qoç fiquru aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində Report-a istinadən verir.
Məlumata görə, fiqur Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Cəlilabad rayonu tarixi abidələr üzrə mühafizəçiləri tərəfindən aşkar edilib.
Yerli tarixçi Elşad Əmənov bildirib ki, tarixi tapıntı təxminən 15-ci əsrə aiddir.
Əmənovun sözlərinə görə, bu, Azərbaycan ərazisində ilk belə tapıntıdır.