Cəlilabadda məktəblilərlə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində verir.
Görüş Günəşli kəndində baş tutub. Burada çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Polad Qarayev mövzu ətrafında məlumat verib.
Tədbir Cəlilabad RPŞ-nin təşkilatçılığı ilə həyata keçirilib.