Cəlilabad rayonunda yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində Report-a istinadən verir.
Məlumata görə, qəza Uzuntəpə kəndində qeydə alınıb.
Qəza zamanı minik avtomobili motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, 38 yaşlı Əhliman Tağıyev ağır bədən xəsarətləri alıb. Zərərçəkən rayon xəstəxanasına aparılıb.
Motosiklet sürücüsünün travmatik şok vəziyyətində olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.