“Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətləri ilə bağlı yaranan çətinlik aradan qaldırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində Apa.az-a istinadən verir.
Belə ki, telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber-optik kabelin zədələnmiş hissələri dərhal yenilənib, xidmətlərdən tam normal əsaslarla istifadə imkanı təmin edilib.