Cəlilabad rayonunun bəzi ərazilərində “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən mobil rabitə xidmətlərindən istifadə zamanı abunəçilərin müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində Azertac-a istinadən verir.
“Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, həmin ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber-optik kabelin zədələnmiş hissələrinin bərpa edilməsi üçün texniki komandamız tərəfindən təcili tədbirlər görülür. Xidmətlərdən tam normal əsaslarla istifadə imkanı tez bir zamanda təmin ediləcək”, – deyə məlumatda bildirilir.