Cəlilabadda meşədə yanğının səbəbkarı müəyyən edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 avqust tarixində verir.
Oğrubulaq kəndi yaxınlığında meşə ərazisində qeydə alınan yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidməti qüvvələrinin operativ müdaxiləsi sayəsində qısa müddətdə söndürülüb. Nəticədə 13 saylı meşə dolayında 1 ha ərazidə kol-kos yanıb, xəsarət alan olmayıb.
İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin psixoloji problemi olan Cəlilabad rayonunun Fətullaqışlaq kənd sakini Quliyev Vəli tərəfindən törədildiyi məlum olub.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.