Cəlilabadda açıq sahələrdən kartof yığımına start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində Report.az-a istinadən verir.
Bu il Cəlilabad rayonunda 3 min hektar sahədə kartof əkilib.
Məhsulun kiloqramı 70 qəpiyə alınır. Ötən illə müqayisədə bu il məhsulun alış qiyməti normaldır. Buna səbəb bu il daha az sahədə kartof əkilməsi olub.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, gün ərzində 20 yük maşını, 400 ton məhsul satılır. Bu məhsulun da 80%-i xarici bazara daşınır.