Cəlilabad rayonunun Ləzran kənd sakini, 29 yaşlı Şəfəq Kərimova mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə itkin düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində Report.az-a istinadən verir.
İtkin düşən xanım polis əməkdaşları tərəfindən övladları ilə birlikdə Bakıda tapılaraq ailəsinə təhvil verilib.
Qızın anası Gülnisə Kərimova məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, qızı 10 ilə yaxındır ki, Türkiyə vətəndaşı, Fərid Çalqıçı adlı şəxslə ilə ailə qurub. Müəyyən müddətdən sonra ailə münaqişələri yaranıb. Ananın sözlərinə görə, Türkiyədə yaşadıqları vaxt qızı və nəvələri Fərid tərəfindən dilənçiliyə məcbur ediliblər.
Ş.Kərimova Azərbaycana qayıdandan sonra ərini tərk edərək anasının evində yaşamağa başlayıb. Bundan sonra tərəflər arasında münaqişə qızışıb. Sonradan Fərid oğurluq etdiyinə görə 3 illik həbsə düşüb.