Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda 3 yaşayış evinin həyətindən ümumilikdə 20 baş qoyunun oğurlayan şəxslər müəyyən olunub.
Cenublu.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 37 yaşlı Elmir Səmədov və 34 yaşlı Elgün Tağıyev müəyyən olunaraq saxlanılıblar.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.