Cəlilabadda bədbəxt hadisə baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixində Bizim.media-ya istinadən verir.
Belə ki, rayon sakini, 27 yaşlı Zamin Məmmədov yaşadığı evin ikinci mərtəbəsindən yıxılıb. Nəticədə o, başından və bədən nahiyəsindən ağır xəsarət alıb.
Yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.