Cəlilabad rayonunun Kazımabad kənd tam orta məktəbində İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Erkən nikahlar ailə dəyərlərinə xələl gətirir” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində verir.
Tədbirdə erkən nikahların həm sosial, həm mənəvi, həm də sağlamlıq baxımından zərərləri barədə geniş müzakirələr aparılıb. Həmçinin erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə erkən nikahla mübarizə yolları barədə məlumat verilib.
Tədbir iştirakçıları maraqlandıran sualların ətraflı cavablandırılması ilə müzakirə formatında yekunlaşıb.