Cəlilabad rayonunda evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində verir.
Hadisə Soltankənd kəndində qeydə alınıb. Ümumi sahəsi 104 kv.m olan birmərtəbəli dördotaqlı evin iki otağının tavanı 38 kv.m sahədə, bir ədəd pəncərə çərçivəsi və qismən ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.