Cəlilabadda yerləşən təsərrüfat malları mağazası yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində Apa.az-a istinadən verir.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Ehtimal olunur ki, yanğın qısaqapanma nəticəsində baş verib. FHN-in yerli bölmələri tərəfindən alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Araşdırma aparılır.