Cəlilabadda Beynəlxalq Gənclər Günü münasibətilə "Tut bağı" istirahət mərkəzində gənclərlə görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 avqust tarixində verir.
Görüşdə gənclərin təklifləri ətrafında fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Qeyd edək ki, görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə baş tutub.