Cəlilabadda dahi bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində verir.
Görüş Uşaq İncəsənət Məktəbində keçirilib. Burada Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev və məktəbin kollektivi iştirak ediblər.
Tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirilib.