Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 aprel tarixində verir.
Hadisə rayonun Dələli kəndində baş verib. Belə ki, "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.