Cəlilabad rayonunda evdə asılmış qadın meyiti aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Hadisə Cavadxan küçəsində baş verib. Rəqsanə Mirişovanın meyiti evlərin birində asılmış vəziyyətdə aşkar edilib. İnsidentin intihar olub-olmaması dəqiq deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.