Cəlilabadda bədbəxt hadisə qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün 5 avqust tarixində Apa-ya verir.
Hadisə rayonun Alar kəndində baş verib. Kənd sakini, 47 yaşlı Quliyev Fizulini ildırım vurub. Zərərçəkən dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin sözlərinə görə, Quliyevin vəziyyəti ağır qiymətləndirilir.