Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 mart tarixində verir.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mövzu ilə bağlı çıxışlardan sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarx nümayiş olunub.