Cəlilabad rayonunda 3 yaşlı uşağı cərəyan vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində Bizim.media-ya istinadən verir.
Hadisə rayonun Kövüzbulaq kəndində qeydə alınıb. Ə. Abbaslını elektrik cərəyanı vurub. Azyaşlı bədəninin müxtəlif nahiyələrindən dərin yanıqlar alıb. O, rayon xəstəxanasına çatdırılaraq, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.