Cəlilabad rayonunda parkların birindən gül dibçəklərini oğurlayan şəxslər saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 fevral tarixində Report.az-a istinadən verir.
Belə ki, oğurluq anı müşahidə kamerasına düşüb. Polis tərəfindən aparılan araşdırmalar nəticəsində əməli törədən şəxslər saxlanılıblar.
Onlarla profilaktik söhbət aparılıb. Saxlanılanlar hərəkətlərindən peşman olduqlarını bildiriblər.