Yay fəsli ərzində 15 nəfər günvurma ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 avqust tarixində Report-a istinadən verir.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərdən 10-u kişi, 5-i qadın olub və xəstələrə lazımi tibbi yardım göstərilib.
Qeyd edək ki, sakinlərə günəş şüasının intensiv vaxtlarında, yəni 14:00-dan 16:00-dək gün altına çıxmamaları tövsiyə edilir.
Cəlilabad, günvurma, Mərkəzi Xəstəxana