İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi Cəlilabadın Xanəgah və Komanlı bələdiyyələrini məhkəməyə verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 mart tarixində Qaynarinfo.az-a istinadən verir.
Hər iki işə Şirvan İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti vergi məsələləri ilə bağlıdır.
Məlumata görə, adıçəkilən bələdiyyələrin vergi borcu yoxdur. Belə ki, mübahisənin borcla bağlı olmadığı ehtimal edilir.