Cəlilabadda qədimi qoç fiquru aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində Report-a istinadən verir.
Tapıntı rayonun Şatırlı kəndi ərazisində tapılıb. Yerli tarixçi Elşad Əmənov qoç fiqurunun xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Tarixçi bu qoç fiqurunun təqribən 12-13-cü əsrlərə və Baharlı tayfalarına aid olduğunu bildirib:
"Bu tapıntını digər qoç fiqurlarından fərqləndirən odur ki, üzərində tayfa nişanı və belə tapıntı ölkəmizdə yeganədir", - deyə Əmənov söyləyib.