Cəlilabad Heydər Əliyev Mərkəzində gənc sahibkar və fermerlərlə dəyirmi masa baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 avqust tarixində verir.
Tədbirdə 10 nəfər gənc sahibkar və fermer iştirak ediblər. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, dəyirmi masa Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun və KOBİA-nın Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.