Cəlilabadda yol-nəqliyyat hadisəsi nəticəsində komaya düşən piyada dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində Report-a istinadən xəbər verir.
37 yaşlı Mirayət Abıyev həkimlərin səylərinə baxmayaraq, xəstəxanada vəfat edib.
Hadisə bu gün gecə saatlarında rayonun Cəfərli kəndi ərazisində baş verib.
Xatırladaq ki, mərhumu 31 avqust avtomobil vurmuşdu. Mirayət Abıyev koma vəziyyətində xəstəxanaya aparılmış və süni tənəffüs aparatına qoşulmuşdu.
Faktla bağlı araşdırmalar davam etdirilir.