Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə piyada komaya düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində Report-a istinadən verir.
İnsident rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb. 37 yaşlı kənd sakini Mirayət Abıyevi avtomobil vurub. Yaralı ağır vəziyyətdə rayon xəstəxanasına aparılıb. Abıyev hazırda koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır.