top
Cəlilabad içməli su ilə fasiləsiz təmin olunur
04 mart 2025, 23:53
- ↺ +

Cəlilabad içməli su ilə fasiləsiz təmin olunur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabad rayonunda su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri çərçivəsində Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən bir sıra işlər həyata keçirilib.

Bu barədə azertag.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bildirilib ki, bu işlər 2025-ci ildə də davam etdirilir. Belə ki, şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su xətləri təmir edilir və mövcud çatışmazlıqlar aradan qaldırılır. Əsasən də güclü şaxtalar nəticəsində yaranan su və kanalizasiya qəzaları idarənin qəza bərpa xidmətinin əməkdaşları tərəfindən operativ həll edilib.

Cəlilabad şəhərinin içməli suya tələbatını ödəyən daxili şəbəkənin uzunluğu şəhər üzrə 228,2 kilometr, kənd üzrə 31 kilometrdir. Su nasos stansiyalarının sayı 3 ədəddir ki, bunlar Masallı rayonunun Qəriblər kəndində, Cəlilabad rayonunun Privolnoye kəndində və rayonun Uzuntəpə kəndində yerləşir. İdarə ümumi olaraq 9185 abonentə xidmət edir, rayon üzrə sayğaclaşma 95,9 faizdir.

İdarə tərəfindən rayon ərazisində 1 ədəd Tullantı Sutəmizləyici Qurğu Kompleksi fəaliyyət göstərir. Çirkab su nasosxanalarının sayı isə 5 ədəddir. Bu nasosxanalar şəhərin müxtəlif küçələrində yerləşir. İdarə şəhərlə bərabər 2 kəndə də bu istiqamətdə xidmət göstərir.

Qeyd edək ki, Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Cəlilabad rayonunda 11305 hektar suvarılan torpaq sahələrinə xidmət edir. Bu sahələrin suvarılması üçün Cənubi Muğan Kanalından, 3 ədəd su tutarından və 123 ədəd subartezian quyularından istifadə olunur. Suvarma suyu 376 kilometrə yaxın suvarma kanalı vasitəsi ilə əkin sahələrinə çatdırılır. İdarə tərəfindən mütəmadi olaraq kanallar lildən təmizlənir və beton üzlüyə alınır. Bununla da su itkisinin qarşısı alınmış olur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Oxşar xəbərlər