Cəlilabad rayonunun Göytəpə şəhərindəki Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 aprel tarixində Report.az-a istinadən verir.
Tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil olunacaq.
Xatırladaq ki, mərkəzin açılışı ötən ilin iyul ayında İlham Əliyevin iştirakı ilə baş tutub. Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.