Cəlilabad rayonunun H.Əliyev prospektində yerləşən 118 saylı yaşayış binasında su çəni təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 avqust tarixində verir.
H.Əliyev prospektində yaşayan sakinlər üçün problemə çevrilən yararsız su çəni Mənzil İstismar Sahəsi işçiləri tərəfindən təmir olunaraq rənglənib, saz vəziyyətə gətirilib və sakinlərin istifadəsinə verilib.