top
“Bunu hər adama eləmirlər” - Balaoğlan Əşrəfovun oğlu
27 aprel 2025, 23:00
- +

“Bunu hər adama eləmirlər” - Balaoğlan Əşrəfovun oğlu

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfovun Cenublu.az-a müsahibəsi. 

 – Baloğlan Əşrəfovun vəfatının dörd ili tamam oldu. Bu ərəfələrdə xüsusi bir layihə, yaxud da xatirə konserti keçirməyi düşünürsünüzmü? 

 – Belə bir fikrimiz var. Ancaq istəmirik ki, sıradan xatirə konserti olsun. Beynimizdəki ideyanı həyata keçirmək üçün indiki vaxt münasib deyil. 

 – Baloğlan Əşrəfov necə ata idi? 

 – O, çox yaxşı ata olub. Hər şeyi yerində edirdi. Sərtliyi də vardı, mülayimliyi də. Pozitiv insan idi. Qaraciyər əməliyyatına gedəndə nə qədər çətin olacağını bilməsinə rəğmən zarafatından, deyib-gülməyindən qalmırdı. Həyata başqa gözlə baxırdı. Demək olar ki, hər ay Masallıya gedib qəbrini ziyarət edirəm. Hələ də yoxluğunu qəbul edə bilmirəm. 

 – Masallıda dəfn olunmaq öz vəsiyyəti idi? 

 – Bəli. Orada valideynlərinin yanında dəfn olunub. Baloğlan müəllim Masallıda dünyaya gəlib, uzun müddət orada yaşayıb, ədəbiyyat müəllimi işləyib. Bakıda tanınmaq üçün daha çox şərait olduğuna görə sonradan köçüb. Hətta bundan əvvəl də onu dəfələrlə Bakıya çağırmaqlarına baxmayaraq, gəlmək istəməyib. Halbuki ondan qabaq Bakıya gələnlər daha çox ad-san qazanmışdılar. O, ümumən Azərbaycana bağlı adam idi. Dəfələrlə xarici ölkələrdə yaşamaq təklifi alsa da, ölkəsini qoyub heç yana getmədi.  

 – Masallıya tez-tez gedirdi? 

  – Qohumlar orada yaşayır. Birinin hüzrü düşəndə, yaxud xoş günündə çalışırdı daim yanlarında olsun. Ümumiyyətlə, bacardığı qədər insanlara dəstək olmağa çalışırdı. Atam 1971-ci ildən toylara gedirdi, ancaq biz həmişə hamı kimi yaşamışıq. Soruşa bilərsiniz ki, bu qədər qazanc hara getdi. Qazancına nəzərən yaşadığı həyata baxanda bilinirdi ki, bu pulu dost-tanışa, qohumlara xərcləyib. Elə dövr olub ki, Məhərrəmlik, Ramazan ayı istisna olmaqla ilboyu fasiləsiz toylara gedib. Ancaq biz Bakıda sıradan beşmərtəbəli evdə yaşayırdıq.  

 – Deyirlər, Baloğlan müəllimin böyük dost çevrəsi olub. Atanızın vəfatı ilə o dostluqlar da bitdi, yoxsa hələ də ailəsinin yanında olanlar var? 

 – Atamın sağlığında dostlarına qarşı necə idiksə, indi də həmin münasibəti saxlayırıq. Ancaq hər hansı bir köməkliyi nəzərdə tutursunuzsa, ona ehtiyac olmayıb. Atam çox tanınmış, yüksək vəzifəli adamların toyuna gedib, onların içərisində dostluq etdikləri də olub. Amma heç vaxt kiməsə hansısa işi həll etmək üçün ağız açmayıb.  

 – "Ay uçan quşlar" mahnısı bu gün də Baloğlan Əşrəfovun ifasında dinlənilir, sevilir. Sizin də adınızı səhv etmirəmsə, mahnının ondan öncəki ifaçısı olan Peyman Təbrizinin şərəfinə qoyub. 

 – Bəli. Mahnının həm fars, həm də Azərbaycan dilində versiyaları mövcuddur. Azərbaycan dilində isə Peyman Təbrizi oxuyub, atam da ondan götürüb. Sonralar müğənninin şərəfinə mənə Peyman adını verib. Atam hansı el şənliyinə gedirdisə, ondan bu mahnını istəyirdilər.  

 – Bu gün Baloğlan müəllimin mahnılarına tez-tez müraciət edirlər. Sizin buna münasibətiniz necədir? 

 – Əgər oxumaq istəyirlərsə, öz aranjımanlarında təqdim etsinlər. Atamın səsini çıxarıb öz səslərini ora əlavə etmələri bizə ağır gəlir. Çünki biz musiqi səslənəndə qeyri-ixtiyarı atamın səsini gözləyirik. Belə halların yaşanmasına imkan vermirəm, dərhal etirazımı bildirirəm. Zəhmət çəkib mahnını yenidən aranjiman etmək əvəzinə atamın səsini çıxarıb öz səslərini salırlar. Belə hallar çox olub. Belə olanda "YouTube"a qoyan kimi sildirirəm. Ancaq qeyd etdiyim kimi, müğənni mahnını özü aranjiman edib oxuyacaqsa, halal xoşu olsun. Baloğlan müəllimin mahnılarını oxuyanların çoxu da qeydə "repertuarından" yazır. Bu söz məni qane etmir. Etirazımızı bildirəndə də cavab verirlər ki, adını qeyd etmişik. Deyirəm, repertuar başqa şeydir, müəllif olmaq başqa. Buna diqqət etmək lazımdır. Azərbaycanda az sayda müğənni olub ki, mahnılarını özü yazıb. Atamın el arasında tanınan mahnılarının 80 faizi öz bəstəsidir. Bu gün də gənc nəsil onun mahnılarına müraciət edir. Məhz bu məqam ondan xəbər verir ki, Baloğlan müəllim hələ uzun illər xalqın qəlbində yaşayacaq. 

 – Mahnını oxumadan öncə sizdən icazə alırlar? 

 – Əksəriyyəti alıb. Əsasən də, püxtələşmiş müğənnilər belə məsələlərə diqqət edirlər. Adətən, sənətə yeni gələn gənclər bu səhvə yol verir. Biz də belə olanda dərhal müdaxilə edib icazə vermirik ki, mahnını ictimailəşdirsin.  

 – Övladları arasında Baloğlan müəllimin sənətini davam etdirənlər var? 

 – Ailədə dörd uşağıq - iki oğlan, iki qız. Qardaşım 1994-cü ildən, mən isə 2009-cu ildən sintezatorda ifa edirik. Bacılarım isə müəllimə işləyirlər.  

 – Səsiniz var? 

 – Belə də.  

 – Atanızın xeyli sayda pərəstişkarı olub. Çox güman, bu gün də xalqın Baloğlan Əşrəfova olan sevgisini hiss edirsiniz.  

 – Əlbəttə. Atam komaya düşəndə xeyli sayda pərəstişkarları ona ciyər verməyə gəlmişdi. Bunu hər adama eləmirlər. Biz onda bir daha gördük ki, atamı necə sevirlər. İndinin özündə heç tanımadımız adamlar başqa-başqa bölgələrdən gəlib atamın məzarını ziyarət edirlər.  

 Aytac Sahəd 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
Dünən, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
Dünən, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
Dünən, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
Dünən, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
Dünən, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
Dünən, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bütün xəbərlər
Dünən, 13:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:12

Şəhid Famil Ağaşovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:26

Bir sutkada qazanılan tarixi Zəfər

Kriminal
Dünən, 10:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub

Kriminal
Dünən, 10:05

Arvadı ilə söhbət edən qohumunu döydü

İqtisadiyyat
Dünən, 09:26

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Bütün xəbərlər
Dünən, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 17:10

Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:30

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
18 sentyabr 2026, 15:55

Salyanda motosiklet piyadanı vuraraq öldürüb

Kriminal
18 sentyabr 2026, 15:20

Sabirabadda arvadını yumruqlayan kişi məhkəmədə peşman oldu

Bütün xəbərlər
18 sentyabr 2026, 14:30

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
18 sentyabr 2026, 13:40

Cəlilabadda yol kənarı zibil poliqonuna çevrilib - VİDEO

Bütün xəbərlər
18 sentyabr 2026, 12:50

Sabah hava necə olacaq?

Kriminal
18 sentyabr 2026, 12:10

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Oxşar xəbərlər