Bu gün, 2 avqust tarixində Vətən müharibəsi şəhidi Kənan Hamil oğlu Axundzadənin doğum günüdür.
Kənan Axundzadə 1994-cü ildə Lənkəran şəhərində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocəvənd istiqamətlərində gedən döyüşlərdə vuruşub.
O, 31 oktyabr Füzuli və Xocavənd rayonlarının sərhədində yerləşən strateji əhəmiyyətli Üryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub və Girdəni kəndində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad edilməsinə görə” və "Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.