Bu gün, 4 avqust tarixində Vətən müharibəsi şəhidi gizir İlkin Xanməmməd oğlu Kazımovun doğum günüdür.
İlkin Kazımov 1995-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub.
Gizir İlkin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
O, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.
Ölümündən sonra şəhid "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.