Bu gün, 12 avqust tarixində Vətən müharibəsi şəhidi əsgər Aqil Məlikovun doğum günüdür.
Aqil Məlikov 1990-cı ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub.
Əsgər 2016-cı il noyabrın 15-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə son mənzilə yola salınıb.
O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.