Bu gün 16 mart tarixində "Aprel" şəhidimiz Röyal Nəsirovun doğum günüdür.
Röyal İmran oğlu Nəsirov 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub.
2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə iştirak edib. 2 aprel tarixində qəhrəmancasına şəhid olub. Aprelin 9-u Röyal Nəsirov doğulduğu Məlikqasımlı kəndində dəfn edilib.
R.Nəsirov ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.